Now Reading:
Alışanova sui-qəsd işi üzrə məhkəmədə söyüş qalmaqalı
Full Article 5 minutes read

AzTV-nin işçisi ilə yaranan qalmaqala görə, təqsirləndirilən məhkəmə zalından çıxarıldı

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

24saat.org xəbər verir ki, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə bir neçə dəfə qalmaqal yaranıb. Zərərçəkmiş qismində ifadə verən Arif Alışanovun sürücüsü olan Hacı Babayev bildirib ki, Alışanovun aldığı bütün torpaqları, tapan da, alqı-satqı edən də Şücaət Əkbərov olub, o isı yalnız sənədlərə qol çəkib. Təqsirləndirilən Ş.Əkbərov zərərçəkmişə etiraz edərək A.Alışanovun H.Babayevin adına 340 hektar torpaq aldığını deyərək, həmin torpaqlara 7 milyon manat pul veriildiyini deyib. “Ümumilikdə 98 alqı-satqı olub, hanı həmin sənədlər?” – deyə Ş.Əkbərov soruşub.

H.Babayevin “xaırlamıarm” deyə cavab verməsi əqsirləndirləni özündən çıxarıb.

Onun bir çox suallara “xatırlamıram” cavabı verməsi vəkillər arasında da mübahisəyə səbəb olub.

Vəkil ifadəsi arasında ziddiyyət olduğunu deyərək, Zərərçəkən H.Babayevin istintaqa ifadəsinin elan edilməsini barədə vəsatət qaldırıb.

Daha sonra şahidlər dindirilib. İlk şahid Abbasov Şamaxının Çuxuryurd kəndindən olduğunu, hektarı 15 min manata Şücaətə 5 hektar torpaq satdığını deyib.

Vidadi Cəfərov isə şahid ifadəsində bildirib ki, qaynı Arif Alışanova kənd təsərrüfatı işi üçün ona 200 min pul verib. Sual-cavab zamanı təqsirləndirilən Şücaət Əkbərovla şahid arasında mübahidə yaranıb. Tərəflər bir-birinin ünvanına təhqiramiz ifadələr səsləndiriblər.

Digər şahid Etibar Bağırov bildirib ki, iş qurmaq üçün Alışanova 1.8 milyon verib. O bildirib ki, əqsirləndirilən şəxsləri tanımır, sadəcə Arif Alışanov ona deyib ki, hımin pullar bu şəxslər tərəfindən mənimsənilib. Pulun mənbəyinə gəlincə, o, Belorusiyada iş adamı olduğunu deyib.

Şahid Kamal Nəbiyev AzTV-də Arif Alışanovun köməkçisi olduğunu, həmçinin onun şəxsi işləri ilə məşğul olduğunu deyib. O, Arif Alışanovun Şücaət Əkbərova 2 milyona yaxın pul verdiyinə şahid olduğunu deyib.

Şahidin ifavdə verən zamn Şücaətin qızı Səlimənin adını çəkməsi təqsirləndirilən Ş.Əkbərovu qəzəbləndirib. O zərərməkmişin yalan söylədiyini deyərək, onun ünvanına itihamlar səsləndirib.

Ş.Əkbərov deyib ki, Arif Alışanovun Şamaxıda çay kənarında isirahətə gəldiyi qızı öldürməsindən bu şahid də xəbərdardır. Şahid də ona qarşı təhqiramiz ifadələr işlədib. Hakim Ş.Əkbərovu zaldan çıxarıb. Digər iki təqsirləndirilən Qoçəli Cəbiyev və Zöhrab Şirinov da prosesdə iştirak emək stiəmədiklərini bildiriblər. Onların hər üçü zaldan çıxarılıb və prosesin davamında təqsirləndirilən şəxslərdən yalnız Aqşin Hüseynov iştirak edib. Hakim təhqiramiz ifadələr işlətdiyinə görə şahidə də xəbərdarlıq edib.

Arif Alışanovun şahid qismində dindirilən qardaşı Habil Alışanov bildirib ki, kənd təsərrüfatı işi qurmaq üçün qardaşına 200 min manat pul verib. Vəkil pulun mənbəyi barədə sual versə də, hakim sualı çıxarıb.

Şahid Rövşən Camalov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mqübarizə İdarəsinin əməkdaşı olduğunu deyib. O bildirib ki, Arif Alışanova sui-qəsdlə bağlı M.Namazov ona məlumat verib. Bu barədə rəisinə məlumat verib və əməliyyat hazırlanıb: “Rəhbərlik dərhal həmin şəxsin müraciəti əsasında araşdırma əmri verdi. Həmin şəxs bildirdi ki, 600 min manat müqabilində Arif Alışanovu öldürmək istəyiblər. Bu isə bizə əvvəlcə inandırıcı gəlmədi. Bunun üçün müraciət edən şəxsə sui-qəsdin təşkil olunacağı yeri əvvəlcədən bizə deməsini tələb etdik. Bir müddət keçdikdən sonra o, bizə Şamaxıda Arif Alışanovun hovuz kənarında təqsirləndirilən şəxslər tərəfindən güllələnəcəyi barədə məlumat verdi. Dərhal hadisə yerinə post-patrul əməkdaşları göndərildi və sözügedən cinayət faktı baş tutmadı. Ondan sonra Şamaxıda Arif Alışanova sui-qəsd olunacağı haqqında məlumat aldıq, lakin bu da təsdiqini tapmadı. Sonra həmin şəxs başqa bir istiqamətdə Arif Alişanova sui-qəsd olacağını bildirdi. Ağsudan Şamaxı istiqamətində hərəkət edən Şücayət Əkbərovun içində olduğu avtomobilə baxış keçirməyimizi istədi. Bu istək əsasında avtomobil Şamaxı yolunda saxlanıldı. Həmin avtomobilə baxış zamanı xeyli sayda silah-sursat aşkarlandı. Şücayət Əkbərov ifadəsində bu silahların ona deyil, başqasına məxsus olduğunu bildirdi”.
Prosesdə digər şahidlər də ifadə verib. Növbəi proses mayın 25-də davam edəcək.
İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə Barəsində , bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.