Now Reading:
Ali Radada dava – Savçenko spikerin kreslosunu “ələ keçirdi” – Foto
Full Article 30 second read

Ali Radada dava – Savçenko spikerin kreslosunu “ələ keçirdi” – Foto



Ukrayna Ali Radasında qalmaqal baş verib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, “Radikal” və “Batkivşina” partiyalarından olan 20 millət vəkili Radada plenar iclas zamanı prezidentin və spikerin kreslosunu “ələ keçiriblər”.

Fraksiyanın liderləri Oleq Lyaşko və Yuliya Timoşenko tribunanın önünü kəsib. “Batkivşina” fraksiyasından olan Aleksandr Kujel prezidentin Ali Radadakı yerində, Nadejda Savçenko isə spikerin kreslosunda əyləşib.

Onların tələbi Ali Radanın tariflər üzrə istintaq komitəsini yaratmaq, korrupsiya əməllərini üzə çıxarmaq, dövlətin yüksək vəzifəli şəxslərinin ofşor zonalarını ortaya çıxarmaq olub.

 

Ali Radada dava  -  Savçenko spikerin kreslosunu “ələ keçirdi” + Foto

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: