Now Reading:
Ali məktəbə qəbul olmaq istəyənlər üçün ərizə qəbulunun vaxtı uzadılıb
Full Article 30 second read

I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 20 iyun saat 10:00-dək uzadılıb.



Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulu bu gün 23.59-də başa çatırdı.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.