Now Reading:
“Aksiya təşəbbüsü xalqdan gəlməlidir”
Full Article 2 minutes read

“Aksiya təşəbbüsü xalqdan gəlməlidir”



Gözəl Bayramlı: “Xalq öz taleyinə sahib çıxmalıdır”

Elektrik enerjisinin satış qiymətinin artırılması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Maraqlıdır, müxalif partiyalar kommunal xidmətlərin artırılmasına cavab olaraq aksiyalar keçirməlidirmi? Yoxsa bu təşəbbüslə ilk növbədə xalqın, cəmiyyətin özü çıxış etməlidir?

Moderator.az-a açıqlama verən AXCP sədrinin müavini Gözəl Bayramlı əslində kommunal xidmətlərin bahalaşmasına heç bir lüzum olmadığını vurğuladı:

“Nə elektrik enerjisinin, nə də suyun satış qiymətinin başahalaşmasına heç bir lüzum yox idi. Belə addımlar atılmazdan qabaq xalqın sosial durumu nəzərə alınmalıdır. Hökumət ölkə əhalisinin sosial durumunun necə acınacaqlı vəziyyətdə olduğunu bildiyi halda bu addımı atırsa, demək insanların taleyi onları tamamilə düşünüdürmür. Büdcəni xalqın cibinə girməklə doldurmaq siyasətinə son qoyulmalıdır. Müxtəlif gərəksiz layihələrə milyonları, milyardları xərcləyəndə bunları düşünmək lazım idi. Normal hökumətin böhrandan çıxmaq üçün normal proqramı olmalıdır. Azərbaycan hökuməti isə ancaq cərimələrin miqyasını genişləndirmək, miqdarını artırmaq, kommunal xərcləri artırmaqla böhrandan çıxmağa çalışır. Bunun çox pis nəticəsi olacaq. Onsuz da narazılıq həddən artıqdır, bundan sonra daha da artacaq.

Düşünürəm ki, xalq öz hüququndan istifadə edərək hökumətin bu addımlarına qarşı etiraz etməli, bu etirazı müxtəlif formalarda ifadə etməlidir. Müxalif partiyaların kommunal xidmətlərin bahalaşması ilə bağlı aksiyalar keçirməsi məsələsinə gəldikdə isə düşünürəm ki, təşəbbüs xalqdan gəlməlidir. Xalqın istənilən təşəbbüsünə dəstək vermək üçün bizlər də əlimizdən gələni etməyə hazırıq. İstənilən halda xalq taleyinə sahib çıxmalıdır”.

 

Seymur Əliyev

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: