Ağsuda sakinlər aksiya keçirdi – PREZİDENTİN SƏRƏNCAMINA ƏMƏL OLSUN – VİDEO


Prezidentin 23 avqust 2017-ci il sərəncamıyla “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişikliklər edilib. Həmin dəyişikliyə əsasən, Ağsunun Gəgəli ve Bico kəndlərinin içməli su ilə tam təmin olunması üçün dövlət büdcəsindən AZƏRSU ASC-yə 14 milyon manat ayrılıb. AZƏRSU-nun əməkdaşları təxminən 15-20 gün əvvəl əllərində layihə adiçəkilən kəndlərə gəlib bildiriblər ki, hər kəndə 8-10 bulaq çəkiləcək.

Bico kəndinə bulaqlar Oğuz-Qəbələ-Bakı su kəmərindən, Gegəli kəndinə isə yaxınlıqda yerləşən Cavanşir gölündən çəkməyi planlaşdıran AZƏRSU ASC-nin arzusunu kənd sakinləri gözlərində qoyub.

Çünki vəsait bulaq ucun deyil, əhalinin birdəfəlik su təminatının ödənilməsi üçün, daha dəqiq ifadə etsək, hər evə sayğac quraşdırılaraq təchizatın təmin edilməsi üçün ayrılıb.

24saat.org saytının əldə etdiyi məlumata görə, hər iki kəndin sakinləri bu mövzuda ayrı-ayrılıqda Ağsu RİH-nin başçısı Ənvər Seyidəliyevlə görüşüb layihənin başdansovdu olduğunu bildirdilər. Başçı ilk görüş əsnasında sakinlərlə razılaşaraq bildirib ki, kəndlərin bir hissəsinə su verib, əsas hissələrini susuz saxlamaq olmaz; bu barədə aidiyyatı qurumlarla ciddi əlaqə saxlayacaq.

Sakinlər bildirirlər ki, aradan ötən müddətdə heç bir iş görülmədiyi üçün, 6 noyabr 2017-ci il tarixində, səhər saat 10 radələrində Gəgəli kəndinin 100-ə qədər sakini rayon icra hakimiyyətinin binasında, başçının qəbulunda olub. Başçi bu dəfə onları “bu iş mənlik deyil” – deyərək, yola salıb.

Bundan sonra Gəgəli kənd sakinləri İH-nın qarşısında aksiya keçirib.

Baş mühafizə idarəsinin və polisin müdaxiləsiylə aksiya iştirakçıları İH-nın qarşısından uzaqlaşdırılıb.

Su qıtlığından 10 illərdir əziyyət çəkən kənd sakinlərinin Bakı-Ağru magistralını bağlamaq cəhdinin qarşısı da polis əməkdaşları tərəfindən alınıb.

Aksiyada saxlanılanlarla bağlı məlumat yoxdur.

Sakinlər 24saat.org saytına bildiriblər ki, onların istədiyi su təhcizatının Prezidentin sərəncamına uyğun şəkildə təmin olunmasıdır.

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Qərb Universiteti ad dəyişikliyini belə izah etdi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: