Now Reading:
Ağakərimin anasının ölümünə səbəb olan sayt – MƏHKƏMƏYƏ VERİLƏCƏK
Full Article 40 second read

Ağakərimin anasının ölümünə səbəb olan sayt – MƏHKƏMƏYƏ VERİLƏCƏK



Məşhur meyxana ifaçısı Kərimin dünyasını dəyişməsi haqqında yalnış xəbər yayan sayt məhkəməyə veriləcək.

Bu barədə aznews.az-a açıqlamasında meyxanaçının yaxın qohumu Rüstəm Cənnətov məlumat verib. Onun sözlərinə görə, həmin sayt Kərimin anasının ölümündə ittiham olunur:

“Bu gün Kərimin anasının 3 mərasimidir. Məclis başa çatan kimi saytı məhkəməyə verəcəyik. Kərimin anası xəstə idi, oğlunun xəstəxanada olmasından xəbərsiz idi. Qohumlar yalan məlumatı oxuyub, inanıb ağlaşa-ağlaşa Kərimgilə gəlib. Bundan iki saat sonra Kərimin anası dünyasını dəyişib. Belə məlumat yayarlar?! Oğlunun ölüm xəbərinə dözməyib öldü”.

Rüstəm Cənnətov qeyd edib ki, meyxana ustası Kərim anasının ölümündən xəbərsizdir.

Meyxana ifaçısı Kərim bir müddət əvvəl insult keçirirərək xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.