Now Reading:
Afrində 2 türk əsgəri şəhid oldu
Full Article 30 second read


Suriyanın terrorçulardan azad olunan Afrin bölgəsində Türkiyə ordusunun 2 əsgəri şəhid olub. Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, hadisə terrorçulardan təmizlənən Afrində aparılan axtarış tədbirləri zamanı əldəqayırma bombanın partlaması nəticəsində baş verib.

Türkiyə Silahlı Qüvvələrinin martın 22-də İraqın şimalında yerləşən Kandil dağlarına havadan endirdiyi zərbələr nəticəsində 41 terrorçu məhv edilb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində “Zeytun budağı” adlı antiterror əməliyyatına başlayıb. Afrin artıq terrorçulardan azad olunub. (Report)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: