Now Reading:
“Adı seçici siyahısında olmayan seçicilərin adını siyahısına sala bilərik”
Full Article 50 second read


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Dövlət Statistika Komitəsi və MSK-nın səs vermək hüququna malik vətəndaşların sayı ilə bağlı statistikası arasında 2 milyon nəfərə qədər fərq olmasına aydınlıq gətirib.

APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında MSK sədri bildirib ki, Azərbaycanda vətəndaşın səs vermək hüququnu heç kim məhdudlaşdıra bilməz.

MSK sədri deyib ki, istənilən şəxs səsvermə günü şəxsiyyət vəsiqəsini götürüb yaşadığı dairədəki məntəqədə səs verə bilər: “Kiminsə adının seçici siyahısına düşməyə bilər. Ancaq Azərbaycanda vətəndaşın səs vermək hüququ mütləqdir. Bunun demokratik, şəffaf seçkilərin təşkilinə kölgə salması imkanı yoxdur. Mən dəfələrlə demişəm ki, bu məsələni qabardanların qohumlarından adı seçici siyahısında yoxdursa, biz onun adını məmnuniyyətlə seçici siyahısına sala bilərik. Azərbaycanda MSK və Dövlət Statistika Komitəsinin statistikası arasında fərqin vətəndaşın səsvermə hüququnun təmin olunmasına heç bir təsiri yoxdur. Ancaq bir sıra ölkələrdə adı seçici siyahısında olmayanların səs verməsinə icazə verilmir”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.