Now Reading:
AÇ-2016: Ronaldo rekorda şərik oldu
Full Article 30 second read

AÇ-2016: Ronaldo rekorda şərik oldu



AÇ-2016-nın ilk yarımfinal qarşılaşmasında Uelslə oyunda hesabı açan Portuqaliyanın hücumçusu Ronaldo üçün bu qol əlamətdar olub. Apasport.az saytının məlumatına görə, matçın 50-ci dəqiqəsində başla fərqlənən “Real”ın ulduzu Avropa çempionatlarında 9-cu qoluna imza atıb.

Bununla da o, əfsanəvi Mişel Platininin rekorduna ortaq olub.

Qeyd edək ki, keçmiş fransız futbolçu qitə birincilikləri tarixində 9 qola imza ataraq uzun illərdi ki, bu rekordu əlində saxlayırdı.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.