Müəllimlərin məzuniyyət haqqı ödənilmir – CAMAL MİKAYLOV NƏYƏ ÇALIŞIR?


Abşeron 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi təhsil sisteminə yeni qanunsuz qazanc mənbəyi gətirməkdədir. 24saat.org saytına bir qrup müəllimin yolladığı şikayət məktubundan məlum olur ki, bu qurumun aparıcı məsləhətçisi Mikayilov Camal tam əsassız olaraq 2013-cü ildən sonra işə qəbul olunan müəllimlərin əmək fəaliyyətinə xitam verilməsi barədə ŞİFAHİ təlimat verib.

C. Mikaylov bu əsassız təlimatını onunla izah etməyə çalışıb ki, 2013-cü ildən sonra işə qəbul MİQ (Müəllimlərin İşə Qəbulu) sistemi ilə həyata keçirilmiş imtahan nəticələrinə görə həyata keçirilməli idi. Lakin nədənsə cənab Mikaylov 4 il ərzində Abşeron rayonunda fəaliyyət göstərən yüzlərlə müəllimin diaqnostikadan keçirilməsini, onlara əmək haqqı verilməsini və bütün bunların qanun çərçivəsində reallaşmasını yada salmağı məqsədə müvafiq bilməyib.

Əldə etdiyimiz məlumata əsasən, 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin qanunsuz yolla müəllimlərin fəaliyyətinə xitam vermək arzusu olunan şikayətlərdən sonra qanunsuz tələb kimi dəyərləndirilərək icrası dayandırılıb. Lakin bundan sonra da 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi Camal Mikaylov sevdasında olduğu qanunsuz əməllərindən əl çəkməyib. Hazırda onun istəyi və qanunsuz tələbi əsasında Abşeron rayonunda 4 il fəaliyyət göstərən yüzlərlə müəllimin 56 günlük məzuniyyət haqqı ödənilmir.

Buna Mikaylov 2013-cü ildən sonra fəaliyyətə başlayan müəllimlərin siyahısını hazırlayaraq müvəffəq ola bilib Əldə etdiyimiz məlumata görə, artıq Abşeron məktəblərində 4 il iş təcrübəsi olan müəllimlərin məzuniyyəti verilmədiyindən ciddi etirazlar başlayıb. Bu isə həm də hakimiyyətə qarşı yönəlmiş təxribat kimi dəyərləndirilir.

YENİ RÜŞVƏT QAPISI!

Hesab etmək olar ki, 2013-cü ildən sonra işə qanuni yolla qəbul olunan, fəqət MİQ sistemindən yararlanmayan müəllimlərin məzuniyyət haqlarının verilməməsini gələcək günlərdə onların fəaliyyətinə xitam verilməsi kimi dəyərləndiriləcək və beləliklə də, mikaylovkimilərinə yeni qazanc qapısı yaranacaq. Başqa sözlə, rüşvəti verən fəaliyyətinə davam edir.

TƏHSİL NAZİRLİYİ BU İŞİN HARASINDADIR?

Əslində, məsələdən təhsil nazirliyinin nə dərəcədə xəbərdar olmasını söyləşək mümkün deyil. Amma son günlər ya zəlzələdən ya da vəlvələdən nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehovun yayılmayan şaiyələrə reaksiya verməsi əslində məsələnin bir ucunun da Təhsil Nazirliyinə bağlı olduğunu düşünməyə əsas verir.

C. Valehov açıqlamasında vurğulayıb ki, heç bir halda müəllim (hazırda çalışan) istəyindən asılı olmayaraq imtahana cəlb edilə bilməz. “Təəssüflər olsun ki, bəzən bu halın əksinə dair bizə məlumatlar daxil olur”.

Cəsarət Valehov bilmirsə diqqətinə çatdıraq ki, müəllimlərin istəyindən asılı olmayaraq imtahanlara cəlb edilməsi üçün onların qanuni fəaliyyətinə xitam verilməsi üçün əsassız tələblər məhz Ərazi Maliyyə Hesablaşma Mərkəzlərindən verilir. Beləliklə də, Valehovun ustalıqla qurduğu cümlədə “hazırda çalışan” vurğusu fəaliyyətinə qanunsuz və heç bir hüquqi akta dayanmayan xitam verilmədən sonra legitimliyini itirmiş olur. Başqa sözlə, məhz nazirlik rəsmisinin bu açıqlaması sonradan baş verəcək narazılıqların indidən verilən qabaqlayıcı cavabı kimi də səciyyəvi ola bilər.

Yeri gəlmişkən, Camal Mikaylov qanunsuz əməllərini reallaşdırmaq üçün təhsil nazirliyinin adından istifadə etməyi də unutmur. Əldə etdiyimiz məlumata görə, o, müəllimlərin fəaliyyətinə xitam verilsin deyə israr edən zaman xüsusiylə “NAZİRLİYİN TAPŞIRIĞIDIR” deməklə qorxu yarada bilib.

24saat.org saytı olaraq hesab edirik ki, təhsil sistemində rüşvət və korrupsiyanın qarşısnın alınması məqsədi ilə bizim bu yazımız səlahiyyətli şəxslər tərəfindən diqqətə alınacaq və Təhsil Nazirliyinin 73 saylı qərarının icrası Camal Mikaylov kimi maxenatorların şifahi tapşırığna əsasən qüvvəsini itirməyəcək. Əminik ki, məhz bu zaman həm ədalət bərqarar olacaq, həm də məmurların qanunsuz yollarla varlanmaq istəyinin qarşısı alınacaq.

Söz Mikayıl Cabbarovundur. Buyurun cənab nazir, sübut edin ki, varsınız!

24saat.org

Paylaş:

ABŞ sözçüsü Türkiyə ilə yaşanan viza krizindən danışdı – UĞUR ƏLDƏ ETMİŞİK

Sonrakı Yazı »

Eldar Mahmudova cinayət işi açılır – HAKİM TƏQDİMAT YOLLADI

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: