Now Reading:
Abşeronda iki avtomobil piyadanı vuraraq öldürüb
Full Article 40 second read

Abşeronda iki avtomobil piyadanı vuraraq öldürüb



Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, Bakı-Sumqayıt şosesinin Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyən təxminən 40-45 yaşlı kişi “50-CV-299” dövlət qeydiyyat nişanlı “Mercedes A Class” markalı avtomobil tərəfindən vurulub.
Zərərçəkən zərbənin təsirindən arxada hərəkətdə olan “90-TF-811” dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı avtomobilin altına düşüb. Nəticədə piyada hadisə yerində ölüb. Tanınmaz hala düşdüyündən, onun şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən və bunda iştirakı olan avtomobili cərimə meydançasına aparıblar. Sürücülər saxlanılıb.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: