Now Reading:
ABŞ yadplanetlilərlə müharibəyə hazırlaşır – Ssenarilər
Full Article 40 second read

ABŞ yadplanetlilərlə müharibəyə hazırlaşır – Ssenarilər

ABŞ kosmos müharibələri üçün hazırlıqlara başlayıb.


Publika.az xəbər verir ki, kosmos müharibələri üçün bir sıra ssenarilər hazırlanır. CNN-ə danışan ABŞ strategiya komandiri general Con Hayten bildirib ki, insanın getdiyi hər yerdə qarşıdurmalar baş verib.
“İnsan indi kosmosa gedir. Qarşıdurma ehtimalına hazır olmalıyıq”, – amerikalı general deyib.
Kosmos üçün hazırlanan ssenarilərdən birində yadplanetlilərlə qarşıdurmalara hazırlığın da yer aldığı bildirilir.
ABŞ kosmosda daha güclü olmaq üçün işləri davam etdirir. Bu işləri ABŞ Hərbi Hava Qüvvələrinin Kosmik Komandirliyi həyata keçirir. 1982-ci ildə qurulan Kosmik Komandirlikdə 38 min nəfər çalışır. Dünyanın müxtəlif ölkələrində 134 bazası olan qurumun büdcəsi 8,9 milyard dollardır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) kosmik büdcəsi isə 22 milyard dollardır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.