Now Reading:
ABŞ vitse-prezidentinin İsrailə səfəri təxirə salındı
Full Article 50 second read


ABŞ-ın vitse-prezidenti Maykl Pens prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarının ardından Yaxın Şərq ətrafında cərəyan edən gərginlik səbəbindən İsrailə səfərini təxirə salıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Maykl Pensin dekabrın 18-də Knessetdə (İsrail parlamenti) planlaşdırılan çıxışı təxirə salınıb. İsrailin Xarici İşlər Nazirliyindəki mənbənin məlumatına əsasən, onlar ABŞ-ın vitse-prezidentinin ölkəyə dekabrın 20-də səfər edəcəyini gözləyirlər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ Evin başçısı, həmçinin Dövlət Departamentinə Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə hazırlıq görməyi tapşırıb.

Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) isə Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyıb. Bununla bağlı qərar İƏT-in İstanbulda keçirilən fövqəladə zirvə toplantısında qəbul edilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.