Now Reading:
ABŞ və Çin prezidentləri arasında telefon danışığı olub
Full Article 40 second read

ABŞ və Çin prezidentləri arasında telefon danışığı olub



Trampın “Twitter”dən Şimali Koreya məsələsi ilə bağlı etdiyi sərt açıqlamasından 24 saat keçməmiş Çinin prezidenti Şi Cinping ilə Trump arasında telefon danışığı olduğu xəbəri yayılıb.

Çin dövlət televiziyası CCTV-in yaydığı xəbərə görə, Çin lideri Şi ABŞ prezidentinə Çinin Koreya yarımadasında nüvə tərksilah məsələsinə razı olduğunu söyləyib. Yarımadada sülh və sabitliyin qorunmasını vacib sayan Şi, problemləri sülh yolu ilə həll etməyin tərəfdarı olduğunu vurğulayıb.

Tramp fərdi Twitter hesabından etdiyi açıqlamada Şimali Koreya üçün “bəlasını axtarır” ifadəsini istifadə etmiş, problemin həllinin Çin ilə ABŞ arasında ticarət razılaşmalarını daha da yaxşılaşdıracağını söyləmişdi.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: