Now Reading:
ABŞ Şimali Koreyaya önləyici zərbə endirə bilər
Full Article 50 second read

ABŞ Şimali Koreyaya önləyici zərbə endirə bilər



ABŞ Şimali Koreyayanın növbəti nüvə sınağı keçirməsinin qarşısını almaq üçün önləyici zərbə endirə bilər.

Bu barədə NBC televiziya kanalı aprelin 13-də ABŞ kəşfiyyatının yüksək rütbəli əməkdaşına istinadla xəbər yayıb.

Televiziya kanalının məlumatına görə, ABŞ-ın xüsusi xidmətində Pxenyanın yaxın günlərdə yeni nüvə sınağına hazırlaşması barədə məlumat var.

Mənbə qeyd edir ki, Şimali Koreya aprelin 15-də respublikanın banisi Kim İr Sen-in doğum gününü qeyd etməyə hazırlaşır.

Məlumata görə, ABŞ Şimali Koreyanın nüvə poliqonu yaxınlığında qanadlı “ Tomaqavk” raketləri ilə təhciz olunmuş iki gəmi yerləşdirib.

Məlumatda deyilir ki, Pentaqon lazım gəlsə Sakint okeandakı Guam adasında yerləşdirilmiş aöır bomardımançıları da işə sala bilər.

Amma ABŞ müdafiə nazirliyinin nümayəndəsi gələcək əməliyyatları şərh etməkdən imtina edib.

Məlumatlara görə, ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) yarımadadakı vəziyyəti müzakirə etmək üçün aprelin 16-da Cənubi Koreyaya getməlidir. (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: