Now Reading:
ABŞ Qüdslə bağlı qətnamə layihəsinə veto qoyub
Full Article 50 second read


Dekabrın 18-də BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması üzrə iclası keçirilib.

Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, iclasda Misirin təşəbbüsü ilə Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Layihə ilə bağlı səsvermə zamanı 15 üzv ölkənin 14-ü onun lehinə səs verib. Lakin Birləşmiş Ştatlar veto hüququndan istifadə edərək layihənin əleyhinə səs verib.

ABŞ-ın qətnamə layihəsinə veto qoymasından sonra məsələnin BMT Baş Məclisinin müzakirəsinə çıxarılacağı və bu platformada üçdəiki səs çoxluğu ilə qəbul edilməsi üçün fəal iş aparılacağı qərara alınıb.

Xatırladaq ki, ötən həftə BMT Təhlükəsizlik Şurasında yayılan qətnamə layihəsində qeyd olunur ki, müqəddəs şəhər olan Qüdsün statusunu, demoqrafik tərkibinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və fəaliyyət hüquqi qüvvəyə malik deyil və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ləğv edilməlidir. Sənəd ölkələri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə ziddiyyət təşkil edən fəaliyyət və tədbirləri tanımamağa, həmçinin Qüdsdə diplomatik missiyaların açılmasından çəkinməyə çağırır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.