Now Reading:
ABŞ parçalanmağa doğru – Kaliforniyada etirazlar başladı
Full Article 30 second read

ABŞ parçalanmağa doğru – Kaliforniyada etirazlar başladı



ABŞ-ın Kaliforniya ştatının müstəqil olmasının tərəfdarları ştat prokurorluğuna ABŞ-ın tərkibindən çıxmaqla bağlı referendum təklifi irəli sürüblər.

Bu barədə “The Los Angeles Times” qəzeti yazıb. Bildirilir ki, referendumun təşəbbüskarı “Yes California” hərəkatıdır. Fəallar onların təşəbbüsünün “Calexit: Kaliforniyanın müstəqilliyi ilə bağlı 2019-cu ilin plebissiti” adı altında qeydiyyata alınmasını istəyiblər. Ərizənin qeydiyyatından sonra onlar referendumla bağlı dəstək imzaları toplayacaqlar.

Kaliforniyanın müstəqilliyinin tərəfdarları səsvermənin 2019-ci il martın 13-də keçiriləcəyinə ümid edirlər.(APA)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.