Now Reading:
ABŞ Nümayəndələr Palatası İrandakı etirazçıları dəstəkləyir
Full Article 2 minutes read


ABŞ Nümayəndələr Palatası İranda antihökumət etirazlarına dəstək bildirən və hökumətin etirazçılara təzyiqini pisləyən qətnaməni, demək olar, yekdilliklə qəbul edib. Yanvarın 9-da axşam qəbul edilən qətnamə 415-2 səs çoxluğuyla qəbul olunub.

Palata “oppressiv və korrupsioner rejimlə qanuni və dinc mübarizə aparan İran xalqının yanındadır” və hökumətin “İran xalqına qarşı ciddi insan haqları pozuntularını” pisləyir, qətnamədə belə deyilir.

Konqresmenlər ABŞ prezidenti Donald Trump administrasiyasını İranda insan haqlarını pozanlara yeni sanksiyalar qoymağa çağırır.

“İran xalqını dəstəkləməklə izah etməliyik ki, onlar sanksiyalarımızın hədəfi deyillər”, – palatanın xarici əlaqələr komitəsinin sədri Ed Royce deyib.

“ABŞ sanksiyalarının hədəfi istibdad, sabitsizlik yaradan rejimdir, İran xalqı deyil”, – o söyləyib.

SAXLANMIŞ 3 ETİRAZÇININ ÖLDÜYÜ BİLDİRİLİR

Yanvarın 9-da iranlı deputat Mahmoud Sadeghi antihökumət etirazların 3 min 700 nəfərin saxlandığını bildirib ki, bu da rəsmi açıqlanan rəqəmdən çoxdur.

İranda dekabrın 28-dən başlanan etirazlar ilkin olaraq ərzağın bahalanmasına qarşı keçirilib, amma sonradan işsizlik, rəsmi korrupsiyaya, eləcə də hakim ruhani isteblişmentinə qarşı şüarlar səsləndirilib.

Etirazlarda azı 22 nəfərin öldürüldüyü xəbər verilir.

İranda İnsan Haqları Mərkəzi saxlanan etirazçılardan 3-nün öldüyünü sənədləşdirdiyini bildirir. Yanvarın 9-da Mərkəzdən Associated Press agentliyinə bildirildiyinə görə, onlardan biri Tehranın Evin həbsxanasında ölüb, rəsmilər onun intihar etdiyini deyirlər.

Tehrandan 235 kilometr cənub-qərbdə yerləşən Arakda saxlanmış daha bir etirazçı da ölüb. Ailəsi onun başında böyük yara olduğunu, “sanki baltayla vurulduğunu” söyləyir.

İran ədliyyəsi də yanvarın 9-da Arakda bir etirazçının da öldüyünü təsdiqləyib, amma onun da intihar etdiyini bildirib.

Üçüncü etirazçının Dezfulda öldüyü qeyd edilir.

İTTİHAMLAR DAVAM EDİR

Ali dini lider ayətulla Ali Khamenei isə etirazlara görə Birləşmiş Ştatlar, İsrail və digər ölkələri günahlandırmaqdadır. O, Twitter-də yazıb ki, “pul Körfəz yaxınlığında zəngin hökumətdən göndərilib”, o, açıq-aşkar Tehranın regional rəqibi Səudiyyə Ərəbistanına eyham vurub.

Amma nisbətən mötədil kimi tanınan, Qərblə daha sıx münasibət tərəfdarı olan prezident Hassan Rouhani yanvarın 8-də deyirdi ki, nümayişlərə İran daxilindəki müxalifət təkan verib, onun hakim elitadakı ultra-mühafizəkar rəqiblərinə qarşı çıxıblar.

İranda 1979-cu ildə ABŞ-ın dəstəklədiyi şahı devirmiş islam inqilabından sonra dini isteblişment hakimiyyətə gəlib.

Amma Birləşmiş Ştatlar özünün kəşfiyyat agentliklərinin və Vaşinqtonun bu etirazların arxasında durmasına dair Tehranın iddialarını rədd edib.

Prezident Donald Trump isə etirazçıları açıq şəkildə dəstəkləyib, ABŞ-ın onlara “uyğun zamanda” dəstək verəcəyini bildirib.

İran hakimiyyəti etirazların səngidiyini bildirir, ölkə boyunca hökuməti dəstəkləyən yürüşlər təşkil edib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.