Now Reading:
ABŞ Moskvanı Suriyadakı kimyavi hücumu ört-basdır ittiham etdi
Full Article 40 second read

ABŞ Moskvanı Suriyadakı kimyavi hücumu ört-basdır ittiham etdi



Moskva Suriyadakı kimya hücumun günahkarlarını himayə etməyə və dünyanın diqqətini bu məsələnin araşdırılmasından yayındırmağa çalışır. Bu barədə Ağ Evin məxfi hesabatında deyilir.

Tramp administrasiyası Suriyada aprelin 4-də kimyavi silahın tətbiq edilməsi ilə bağlı hazırladığı məxfi hesabatın bir hissəsini dərc edib. Dörd vərəqli hissə The New York Times nəşrində verilib.
Hesabatda deyilir ki, Rusiya Bəşər Əsədin əsas müttəfiqidir və onun əməllərini ört-basdır etməklə məşğuldur. Sənəddə Rusiya hakimiyyətinin hücumun “təxribar” olması ilə bağlı dedikləri təkzib edilir.
“Moskva 4 aprel hücumuna digər dəhşətli hadisələrə yanaşdığı kimi cavab verir. Çaşqınlıq yaratmaq və dünya ictimaiyyətində şübhə yaymaq üçün müxtəlif təzadlı məlumatlar yayırlar”, – deyə hesabatda qeyd olunur.

Fizzə

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.