Now Reading:
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Wikileaks-i ittiham edir
Full Article 50 second read

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Wikileaks-i ittiham edir



ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Wikileaks saytını və onun qurucusunu “düşmənçilikdə” və Rusiya hərbi kəşfiyyatının ABŞ prezident seçkilərinə müdaxiləsi üçün vasitə olmaqda ittiham edib.

Mike Pompeo bu bəyanatları aprelin 13-də Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində etdiyi çıxışında səsləndirib.

Pompeo-dan başqa bir sıra ABŞ millət vəkilləri və siyasətçiləri də Wikileaks və onun banisi Julian Assange barədə buna bənzər fikır irəli sürüblər.

Ötən il keçirilmiş ABŞ prezident seçkisi zamanı təşkilat Demokratik Partiyanın rəsmilərinə və onların prezidentliyə namizədi Hillary Clinton-a aid elektron məktubları sızdırıb.

ABŞ kəşfiyyat agentlikləri yanvar ayında bildirmişdilər ki, sözü gedən haker müdaxiləsi Clinton-un seçki kampaniyasına ziyan vurmaq və nəticədə Donald Trump-ın qələbəsinə kömək etmək məqsədi güdüb.

ABŞ rəsmiləri Rusiyanın hərbi kəşfiyyat – Baş Kəşfiyyat İdarəsini və ölkənin əsas təhlükəsizlik agentliyi olan Federal Təhlükəsizlik Xidmətini kibermüdaxilələrdə ittiham ediblər.

Trump isə Wikileaks-in müdaxilələrini şərh edərkən demişdi ki, o Clinton-un e-mail-lərinin sızdırılmasından məmnundur.

24saat.org

Mənbə – azadliq.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: