Now Reading:
ABŞ-dan Rusiya və Suriyaya xəbərdarlıq: “Daha artığını etməyə hazırıq”
Full Article 2 minutes read

ABŞ-dan Rusiya və Suriyaya xəbərdarlıq: “Daha artığını etməyə hazırıq”



Rusiyanın tələbiylə toplanan BMT Təhlükəsizlik Şurasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Haley kimyəvi silah hücumuna görə Rusiyanı da günahkar hesab etdiklərini deyib.

O,  sabahkı əməliyyatın məsuliyyəti ilə bağlı  “daha çoxunu etməyə hazırıq” söyləyib.

Haley Əsəd rejiminin 6 il ərzində yüz minlərlə adam öldürdüyünü, milyonlarla adamın yerindən qaçqın düşməsinə səbəb olduğunu, beynəlxalq hüququ və BMT TŞ qərarlarını pozduğunu bildirib.

BMT hesabatlarında Suriya rejiminin öz xalqına qarşı bir neçə dəfə kimyəvi silah istifadə etdiyini xatırladan Haley deyib:

“Əsədin Rusiyanın dəstəyini alacağını və məsul tutulmayacağını bildiyi üçün kimyəvi hücumlara davam etdi. Amma dünən gecə bu durum dəyişdi. Kimyəvi silahlar istifadə edildiyi zaman ABŞ artıq buna seyrçi qalmayacaq. Ölüm saçan kimyəvi silahların yayılmasının və istifadə edilməsinin qarşısını almaq ABŞ-ın milli təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.” “Artıq yetər” deməyin və hərəkətə keçməyin zamanı gəldiyini ifadə edən Haley: “Dünən gecə çox ölçülü bir addım atdıq, daha çoxunu etməyə hazırıq, lakin ümid edirik ehtiyac qalmaz.” deyib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov da çıxışında ABŞ-ın hərbi əməliyyatını “beynəlxalq hüququn açıq pozulması və hücum” adlandırıb. “ABŞ-ın qeyri-qanuni hərəkətini qınayırıq. Bu hərəkətin regional və beynəlxalq sabitliyə istiqamətli ciddi nəticələri ola bilər” deyib. Safronkov ABŞ-ın hücumunun “terrorizmi gücləndirdiyini” iddia edərək: “Təkrar- təkrar söyləyirəm: Suriya silahlı qüvvələri ölkədə terrorizmlə döyüşən ana quruluşdur. Terrorçularla kim döyüşəcək? Bu qeyri-qanuni silahlı qruplar mı?” söyləyib.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Metyu Rycroft isə “İngiltərə ABŞ-ın hava hücumunu dəstəkləyir, çünki döyüş günahlarının nəticələri olur. Əsəd bütün zamanların ən böyük döyüş suçlusudur”  deyib. Əsəd rejiminə dəstək verən Rusiyanı da tənqid edən Rycroft “Rusiya, bəlkə, döyüş günahkarını dəstəkləmənin nəticələri haqqında ciddi bir dərs aldı: alçaldılma” söyləyib.

Rycroft Rusiyanı “uğursuz” strategiyasından imtina etməyə də çağıraraq, Rusiyanın BMT TŞ-dakı hər vetosunun Suriya xalqının daha çox ağrı çəkməsinə səbəb olduğunu bildirib.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: