Now Reading:
ABŞ-da polis daha bir qaradərilini qətlə yetirib
Full Article 40 second read

ABŞ-da polis daha bir qaradərilini qətlə yetirib



ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) polis əməkdaşı silahlı qaradərili şəxsə bir neçə dəfə atəş açaraq öldürüb. “RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın ABC telekanalı məlumat yayıb.

Yerli polisin məlumatına görə, insident iyulun 9-na keçən gecə baş verib. Məlumata görə, silahlı polisin tapançanı endirmək tələbinə məhəl qoymayaraq, onu asayiş keşikçilərinə tuşlayıb və buna görə öldürülüb.

Öldürülən şəxsin kimliyi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Minesota və Luiziana ştatlarında iki qaradərili polis tərəfindən qətlə yetirilib. Bununla bağlı bir neçə şəhərdə baş vermiş iğtişaşlar zamanı 5 polis həlak olub, 7-si yaralanıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.