Now Reading:
ABŞ-da məktəbə silahlı hücum: 17 nəfərin öldüyü təsdiqləndi
Full Article 50 second read


ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfərin öldüyü təsdiqlənib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Brouder dairəsinin şerifi Skott İsrael bildirib.

Onun sözlərinə görə, 12 nəfər məktəbdə, 3 nəfər məktəbin qarşısında güllələnərək öldürülüb, daha 2 nəfər isə xəstəxanada keçinib. “Ölənlər arasında həm şagirdlər, həm də böyüklər var”, – deyə S.İsrael əlavə edib. Yaralıların sayını açıqlamayan polis nümayəndəsi bir neçə nəfərin xəstəxanada əməliyyata götürülüldüyünü təsdiqləyib.

“Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bundan əvvəl o daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib”,- deyə S.İsrael bildirib.

Qeyd edək ki, Parkland şəhəri Mayamidən 60 km şimalda yerləşir.

**

00:54

ABŞ-ın Parkland şəhərində (Florida ştatı)məktəbdə silahlı insident baş verib.

Virtualaz.org bildirir ki, bu barədə Fox News telekanalı xəbər yayıb.

İlkin məlumata görə, atışma nəticəsində azı 1 nəfər ölüb, 50 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Hüquq-mühafizə orqanları məktəbin yerləşdiyi ərazidə əməliyyat aparır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.