Now Reading:
AB ilə dialoq Azərbaycanın prioritetləri sırasındadır
Full Article 2 minutes read

AB ilə dialoq Azərbaycanın prioritetləri sırasındadır



“Azərbaycan Avropa Birliyinin (AB) etibarlı tərəfdaşı olub. Ölkəmiz Avropa Birliyi ilə qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirib”.

Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 12-si Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasındakı çıxışında belə deyib.

Nazir qeyd edib ki, Azərbaycan prezidentinin Brüsselə səfəri yeni ikitərəfli sənəd üzrə rəsmi danışıqlar prosesinin başlanmasında səhifə açıb. Onun sözlərinə görə, Azərbaycan yeni sənədlə bağlı danışıqlar prosesinə daxil olur. İnanır ki, bu, dəyişkən siyasi və təhlükəsizlik mühiti fonunda tərəflərin prioritetlərini qarşılayacaq.

“Enerji sahəsində strateji əməkdaşlıq əlaqələrimizin özülü olmaqda davam edir”, deyən nazir bildirib ki, Azərbaycan ətraf mühit, təhsil, turizm, mədəniyyət, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində də dialoqu inkişaf etdirmək niyyətindədir.

E.Məmmədyarov qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars layihəsindən, və Bakı Beynəlxalq Dəniz Limanınin (Ələt) tikintisindən də danışıb.

“Şərq Tərəfdaşlığının gələcəyi böyük ölçüdə münaqişələrdən əziyyət çəkən regionlarda davamlı təhlükəsizlik, sülh və sabitliyin bərqərar olmasından asılıdır. Biz düşünürük ki, Avropa Birliyinin vaxtında və fəal rolu regionumuzda sabitlik və inkişaf baxımından əhəmiyyətlidir”, nazir əlavə edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yol xəritəsi üzrə həllində maraqlıdır.

Nazir Avropa Birliyi ilə dialoqun gücləndirilməsinin Azərbaycanın prioritetləri sırasında olduğunu bildirib.

Xatırlatma

Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 10-u Polşaya gedib.

O, bu səfər çərçivəsində Polşa xarici işlər naziri Witold Waszczykowski və bir sıra rəsmilərlə görüşüb.

Bu gün, aprelin 12-də isə Varşavada keçirilən Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasına qatılıb.

Vışeqrad qrupu Çexiya Respublikası, Macarıstan, Polşa və Slovakiyanın 2004-cü ildə yaratdığı qurumdur.

Şərq Tərəfdaşlığı Proqramına isə 6 ölkə-Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

24saat.org

Mənbə – azadliq.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: