Now Reading:
40-50 illik ağaclar kəsilir – HÜSEYNQULU BAĞIROV BACARMIR
Full Article 50 second read

Sumqayıtda 40-50 illik şam-küknar ağacları kəsilir.



Bu barədə 24saat.org-a yerli sakinlər məlumat verib. Sakinlər bildirir ki, olay “Kimyaçı sanatoriyası”nın arxa hissəsində, “Simurq” şadlıq sarayının yaxınlığında baş verir.

Məlumata görə, kəsilən ağacların yerində obyekt tikilməsi planlaşdırılır. Artıq obyektin təməli də atılıb. “Dəqiq bilmirik bu obyektin təyinatı nə olacaq. Yəni şadlıq sarayıdır, marketdir, yaxud əyləncə mərkəzidir, bəlli deyil. Amma çox iri obyektdir ki, onlarla şam-küknar ağacları kəsilib”, – deyə sakinlər əlavə edib.

Məsələdən müvafiq qurumların da xəbərdar olduğu bildirilir. “Tikinti aparan şəxs kimdirsə, güclü himayədarları var. Əks təqdirdə müvafiq qurumlar dərhal tədbir görərdilər. Onlar da məsələnin ictimailəşdirilməsində maraqlıdırlar. Hesab edirlər ki, bəlkə bu yolla ağacların kəsilməsinin qarşısı alınar”.

Əldə etdiyimiz digər məlumata görə, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Sumqayıtda davamlı şəkildə baş verən yaşıl terrorun qarşısını ala bilmir.

24saat.org

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: