Now Reading:
“35 manatlıq balıq kababı 400 nəfərə nəzərdə tutulsa da, 200 nəfərə verilir”
Full Article 2 minutes read


Parlamentdə şadlıq evləri tənqid edildi

Milli Məclisin iclasında şadlıq evlərinni fəaliyyəti tənqid edilib. Bizimyol.info xəbər verir ki, deputat Qüdrət Həsənquliyev xüsusilə şadlıq sarayalarındakı səsgücləndiricilərin qaydasında olmadığını deyib: “Bir salonda səkkiz səsucaldıcı vasitədən istifadə olunur. O vaxt Azadlıq Meydanındakı mitinqlərdə iki dənə səsucaldıcı qoyulurdu, səs Şıxov çimərliyinə qədər gedib çıxırdı. İndi isə restoranlara nəzarət edən yoxdur. Amma şadlıq evlərində səsi elə verirlər ki, fiziki cəhətdən insan orqanizmi tab gətirə bilmir və qonaqlar tez salonu tərk edirlər”.

Deputat əlavə edib ki həmçinin restoranlarda kondisionerləri söndürmürlər və adamlar toyda boynu tutulduğu üçün salonu tərk edir.

Yeməklə bağlı məsələyə toxunan Q.Həsənquliyev restoranlardakı yemək məsələsində də toxunub. “Bahalı yeməkləri süfrəyə gətirməyi sona saxlayırlar. Bununla da restoran sahibləri öz vəsaitinə qənaət edir. Toya 400 nəfər dəvət olununur. 35 manatlıq balıq kababının pulu qonaqların sayına uyğun olaarq toy sahibindən alınır, amma toyun sonunda həmin kabablar 200 nəfərə verilir”.

Spiker Oqtay Əsədov da bildirib ki, şadlıq saraylarında səs məsələsi bir neçə dəfə qaldırılıb: O qeyd edib ki, ölkədə çox sayda bahalı şadlıq sarayları olsa da, az sayda şadlıq evi akustika normativə uyğunlaşdırılıb. “Yemək məsələsini mən bilmirəm, amma hər halda, bu məsələyə diqqət yetirmək lazımdır”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.