Now Reading:
3 şəhidimizin baş daşı qoyulmur – Ailələr nazirliklə İH arasında qalıb
Full Article 1 minutes read

3 şəhidimizin baş daşı qoyulmur – Ailələr nazirliklə İH arasında qalıb

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Son aylarda şəhid olan əsgərlərimizdən 3-ünün baş daşı hələ də qoyulmayıb.

Bu barədə Xaçmaz rayon sakinləri məlumat yayıb. Xaçmazlılar dördgünlük müharibədə şəhid olan Mirzəyev Elvin və Qayıbov Elvinin, həmçinin may ayında şəhid olan Yüzbəyov Əmrahın qəbirlərinin diqqətsiz qalmasından narazılıqlarını dilə gətiriblər. Məlumata görə, şəhidlərin baş daşlarının Müdafiə Nazirliyi tərəfindən qoyulacağı bildirib. Lakin sonradan onların ailələrinə məlumat verilib ki, baş daşlarını Müdafiə Nazirliyi deyil, Xaçmaz Rayon İcra Hakimiyyəti düzətməlidir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən verilən məlumata görə, şəhidlərin valideynlərinin müraciətində bir az yubanma olub.

Əməkdaşımızın “Şəhidin baş daşının qoyulması üçün ailəsi müraciət etməlidirmi?” sualına isə cavab belə oldu: “Biz heç bir valideynin müraciət etməsini gözləmirik. Məsələ həll olunacaq. Hər 3 şəhidin də qəbir üstü tərəfimizdən düzəldiləcək. Baxmayaraq ki, valideynlər bizə müraciət etmirlər, amma biz o məsələni nəzarətdə saxlayacağıq. Şəhidlərin ailələrinə diqqət olmur dedikdə nəyi nəzərdə tuturlar? İstər yas mərasimləri, istərsə də digər məsələlərdə tərəfimizdən mütəmadi olaraq həmin ailələrlə əlaqə saxlanılır”. (AzNews.az)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.