Now Reading:
25 nəfərin ölümünü bir nəfərin boynuna atmaqla işi bitirirlər
Full Article 50 second read


AXCP sədri Əli Kərinli Narkoloji Dispanserdəki yanğına görə bir nəfər sadə vətəndaşın həbs edilməsini hadisəyə görə yüksək vəzifəli şəxslərin məsuliyyətdən yayındırılması kimi qiymətləndirib.Partiya sədri bu barədə fikirlərini özünün fb səhifəsində bölüşüb.

“Tutaq ki, Baş Prokurorluq və DİN-in dediyi kimi, Narkoloji Mərkəzdə 25 nəfərin ölümünə səbəb olmuş yanğını həqiqətən də “alkoqol qəbulu nəticəsində psixikası və davranışı pozulmuş” Məhəmməd Məmmədov başladıb. Onu həbs etməklə bu iş də bitdi? Bəs 24 min nəfər xəstənin qeydiyyatda olduğu, 50 nəfərin real müalicə aldığı o mərkəzi taxta, yanğın təhlükəsizliyi qaydalarına cavab verməyən binada yerləşdirənlərin məsuliyyəti necə olsun? Bəs pul ayrılmasına baxmayaraq 7 ilə yeni bina tikə bilməyənlərin, müalicə olunan xəstələrin mühafizəsi ilə məşğul olmalı olanların, yanğını operativ qaydada söndürə bilməyənlərin və bu qədər korrupsioner və bacarıqsız adama vəzifə verənlərin məsuliyyəti necə olsun? Azadlıq prospektində yanan binaya görə də yalnız JEK müdiri məsuliyyət daşımışdı. Heç dəyişməyiblər…”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.