Now Reading:
22 marşrut avtobusunun yolu dəyişdirildi – SİYAHI
Full Article 40 second read

Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı istifadəyə verilib.



Bakı Nəqliyyat Agetliyindən verilən məlumata görə, bununla əlaqədar “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi ilə ətraf kənd və qəsəbələri əlaqələndirən 22 marşrut xətti üzrə (24, 62, 93, 101, 107, 131, 136, 139, 148, 150, 160, 163, 166, 171, 172, 173, 187, 189, 198, 204, 216, 217) avtobusların hərəkət sxemində dəyişiklik edilib.

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzindən çıxan avtobuslar artıq Ziya Bünyadov prospekti və “Böyük Şor” qovşağına daxil olmadan yoluna davam edəcəklər. Dəyişiklik sayəsində ətraf kənd və qəsəbələrə gedən avtobusların artıq məsafə qət etməsinin qarşısı alınır ki, bu da sərnişinlərin mənzilbaşına daha tez çatması və digər nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin artması baxımından əhəmiyyətlidir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: