Now Reading:
2019-cu ildə Azərbaycanda əhalinin sayı 10 milyon nəfərə çatacaq
Full Article 30 second read


Azərbaycan əhalisinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, 2017-ci ilin əvvəlində Azərbaycan əhalisi 9,8 milyon nəfər təşkil edib, noyabrın 1-nə isə 9 883,3 min nəfərə qədər artıb.

Nazir bildirib ki, əhalinin orta yaşı 32,3 təşkil edir: “0-14 yaş arası vətəndaşlar əhalinin 22,6 faizini, 14-29 – 25 faiz, 30-74 yaş arası isə 46,1 faizini təşkil edir. 65 və yuxarı yaşda olanların payı isə 6,3 faizdir”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.