Now Reading:
“188” yükdaşıma şirkətinə qarşı şok iddia – VİDEO
Full Article 2 minutes read


Qarabağ qazisi Abbasov Şahin Aslan oğlu “188” Yükdaşıma və Evakuasiya xidməti şirkətindən şikayətçidir.

“Bizimyol.info”ya müraciət edən şikayətçi iddia edib ki, adıçəkilən şirkət əmək hüquqlarını pozur və vergidən yayınır: “Mən “188”də sürücü vəzifəsində çalışırdım. İki ay ərzində orda işlədim, maaşımı vermədikləri üçün işdən çıxdım. Bu şirkət təkcə mənim deyil, digər işçilərin də maaşını vermir. Eləcə də, dövlətə borcu var. Şirkət işçilərlə əmək və xidmət müqaviləsi bağlamayıb. Nəticədə vergidən yayınır. Şirkətə məxsus nəqliyyat vasitələrinin də sənədi yoxdur”.

Şahin Abbasovun şikayəti ilə bağlı səsləndirdi iddialara münasibət bildirməyinizi xahiş edirik.

Şahin Abbasov deyib ki, “İşə yeni qəbul olunanda işçilərə avans şəkilində pul verirlər. Sonra isə “maaşı verəcəyik” vədini verib əməl etmirlər. İşçilərdə “bəlkə aldım” deyə-deyə işə davam edirlər”.

Şikayətçinin sözlərinə görə o Nizami rayon Məhkəməsində “188” Yükdaşıma və Evakuasiya xidməti şirkətinə qarşı iddia qaldırıb: “Amma təəssüflər olsun ki işə baxılması ləngidilir. Müdir İsmixan adlı şəxsdir. Amma idarəçilik Səfər adlı şəxsdədir. Mən bilmirəm onların arxasında kimlər durur. Mən xahiş edirəm ki mənim əmək haqqımı versinlər”.
Şahin Abbasov “188” Yükdaşıma və Evakuasiya xidməti şirkətinin sürücüləri işə qəbul qaydasını açıqlayıb: “İşə qəbul olmaq üçün müraciət edəndə işçinin öz adına VÖEN açması tələb olunur. İşçi VÖEN-lə işə qəbul olunandan bir müddət sonra deyirlər ki VÖEN-i dondur. Halbuki işçilər orda işə davam edirlər. Bu şirkətdə özbaşınalıq davam edir”.

Şahin Abbasovun adını çəkdiyi şirkətin əməkdaşı Səfər adlı şəxslə əlaqə saxladıq. O, işçilərin maaşının vaxtı-vaxtında verildiyini bildirdi. Amma Səfa bəy Şahin Abbasovun şirkətin vergidən yayına iddiasına münasibət bildirməyib telefonu söndürdü.
Şahin Abbasovun iddiaları əsasında “188” Yükdaşıma və Evakuasiya xidməti şirkətin e-poçt ünvanına (info@188.az) və “facebook” səhifəsinə informasiya sorğusu göndərilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.