Now Reading:
17 yaşlı qızın özünü asdığı deyilir
Full Article 20 second read

17 yaşlı qızın özünü asdığı deyilir



Cəlilabad rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.

«Report» xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Kifayət Hüseynovanın yaşadığı evin yanındakı yardımçı təsərrüfatda kəndirdən asılmış meyiti aşkarlanıb. Gəncin intihar etdiyi güman edilir. Hadisənin səbəbi ilə bağlı, hələlik, açıqlama verilmir.

Faktla bağlı araşdırma aparılır.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir. Ancaq ölkədə intiharların səbəbini araşdıran ayrıca mərkəz fəaliyyət göstərmir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.