Now Reading:
Əvəz Zeynallı məhkəmə qarşısına çıxarılır
Full Article 40 second read


“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün məhkəmə qarşısına çıxarılacaq. Bu barədə Bizimyol.info saytına vəkil Elçin Sadıqov məlumat verib. Prosesin saat 14.00-dan sonra baş tutacağı gözlənilir.

Dünən axşam saatılarında Əvəz Zeynallı çəkiliş aparan zaman Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 4-cü polis bölməsinə, daha sonra isə Binəqədi Rayon Polis İdarəsinə aparılan jurnalistdən izahat alınıb.

Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb.

Qeyd edək ki, Ə.Zeynalı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü ilin dekabr ayında əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.