Now Reading:
Ərdoğandan “mədəni rüşvət” – Türkiyənin ən uzun bulvarına Baxçalının adı verildi
Full Article 40 second read

Ərdoğandan “mədəni rüşvət” – Türkiyənin ən uzun bulvarına Baxçalının adı verildi



Türkiyənin ən uzun bulvarına Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının adı verilib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Adana Bələdiyyə Məclisi qərar qəbul edib.

Böyükşəhər Bələdiyyə başçısı Hüseyn Sözlünün təklifinə əsasən, qərar qəbul edən məclis Kənan Evrən adına bulvarın adını dəyişib. Yeni tikilən Baxçalı körpüsü ilə birlikdə Yüregir qəsəbəsində yerləşən Yaşıl Bulvara qədər uzadılan bulvar ümumilikdə Baxçalı bulvarı adlandırılıb.

Hüseyn Sözlünün bildirdiyinə görə, buna səbəb Baxçalının Türkiyədə çevrilişə cəhd zamanı dövlətin və hökumətin yanında olduğunu bəyan etməsidir.

1625 metr uzunluğu, 40 metr eni olan Dövlət Baxçalı körpüsünün 2018-ci ilin əvvəlinə kimi istifadəyə veriləcəyi gözlənilir.

Bulvarın ümumi uzunluğu 9 min 950 metr olacaq ki, bu da Türkiyədə ən uzun bulvar hesab olunur.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.