Now Reading:
Ərdoğandan böyük əfv qərarı
Full Article 50 second read

Ərdoğandan böyük əfv qərarı



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, onu təhqir etmiş şəxslərə qarşı məhkəmə iddialarını geri götürür.

Ərdoğan deyib ki, o, son çevrilişə cəhd zamanı birlik havasından ilham alıb.

Lakin o eyni zamanda çevrilişə cəhddən sonra görülən tədbirlərə görə onu tənqid edən xarici dövlətlərə “öz işinizlə məşğul olun” deyib.

“Mənə qarşı olan hörmətsiz təhqirlərə görə bütün məhkəmə iddialarını geri götürürəm,” – deyə Ərdoğan Prezident sarayında bildirib.

Onun sözlərinə görə bu, sadəcə bir dəfə atılan xoşniyyətli addımdır.

Bu ilin əvvəli, rəsmilərin bildirdiyinə görə, təxminən 200 nəfər bu cür iddialarla üzləşib.

Türkiyə prezidenti həmçinin son həbsləri tənqidə də münasibət bildirib: “Bəzi insanlar bizə məsləhət verir. Onlar narahat olduqlarını deyirlər. Öz işinizlə mışğul olun!”.

BBC xatırladır ki, Türkiyə Daxili İşlər Nazirliyinin cümə günü bildirdiyinə görə, çevrilişə cəhddən sonra 18000 insan həbs edilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.