Now Reading:
Ərdoğan: “Trampa zəng etməyəcəyəm”
Full Article 30 second read


“Suriya məsələsinə görə ABŞ Prezidenti Donald Trampa zəng etmək niyyətində deyiləm”.

“Report”un xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan hazırda D.Trampa zəng etməyi nəzərdə tutmadığını bildirib: “Çünki əvvəllər bu məsələləri müzakirə etmişik. Razılaşmamıza görə o, mənə zəng etməli idi. Ona görə də o mənə zəng etməyənə qədər, mən ona zəng etməyəcəyəm”.

Türkiyə lideri vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə davamlı olaraq telefon müzakirələri aparırlar: “Sonuncu dəfə 2-3 gün əvvəl danışmışıq”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.