Now Reading:
Ərdoğan Roma Papası və Putinlə görüşəcək – Qüdslə bağlı
Full Article 40 second read


“Bu məsələni Roma Papası və Putinlə müzakirə etmək fikrim var”.

Bu sözləri Türkiyə prezidenti Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə münasibət bidlirərkən deyib:

“Ey, Tramp, sən nə etmək istəyirsən? Əgər sən güclü və haqlı olduğuu demək istəyirsənsə, yanılırsan. Bu məsələni Roma Papası və Putinlə müzakirə etmək fikrim var. Bu qərar regionda böyük gərginliyə səbəb olacaq”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib və tapşırıq verib ki, ABŞ səfirliyi Təl-Əvivdən Qüdsə köçürülsün.

Xatırladaq ki, bir çox ölkələr Şərqdə yaranacaq gərginlikdən dolayı Trampı belə bir addım atmaqdan çəkindirməyə çalışsa da, mümkün olmayıb.(A24.az)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.