Now Reading:
Ərdoğan: “Referendumda qəbul olunmuş dəyişikliklər gələn ilin noyabr seçkilərindən sonra qüvvəyə minəcək”
Full Article 50 second read

“Keçən il aprelin 16-da keçirilən referendumda parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçilməsinə səs verən xalqımın hər bir nümayəndəsinə təşəkkür edirəm”.



 

APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında bildirib.

R. T. Ərdoğan deyib ki, referendumda qəbul edilən dəyişikliklər gələn ilin noyabrında keçiriləcək prezident seçkilərində həyata keçəcək: “İnşallah, AKP və Milliyətçi Hərəkat Partiyasının bir araya gələcəyi Cümhur İttifaqı 2019-cu ildə prezident və parlament seçkilərində iştirak edəcək”.

Qeyd edək ki, bu gün Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 2019-cu il noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib. Parlamentdə qrup toplatısında çıxışından əvvəl isə R. T. Ərdoğan jurnalistlərə açıqlamasında növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklifi ilə bağlı MHB lideri Dövlət Baxçalı ilə görüş keçirəcəyini bildirib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.