24 saat

Ərdoğan: “Ermənistan özünü bütün enerji və digər regional layihələrdən təcrid edib”


Erməni diasporunun girovu olan Ermənistan özünü bütün enerji, nəqliyyat və digər regional layihələrdən təcrid edib.

Trend-in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, erməni diasporunun təzyiqi ilə Yerevan həm də Türkiyə ilə bütün dostluq imkanlarının önünü kəsib.

Türkiyə prezidenti Gürcüstanla Türkiyə arasındakı münasibətləri Ermənistanla Türkiyə arasındakı münasibətlərlə müqayisə edib və vurğulayıb ki, Gürcüstan özü üçün firavan gələcək təmin edib: “Türkiyə ilə dostluq edən dövlətlər çiçəklənir, düşmənçilik edən dövlətlərin isə gələcəyi yoxdur”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: