Now Reading:
Ərdoğan da Türkiyədə ölüm cəzasının tətbiqini istisna etmədi
Full Article 30 second read

Ərdoğan da Türkiyədə ölüm cəzasının tətbiqini istisna etmədi



Türkiyədə ölüm cəzasının bərpa olunması məsələsinə baxıla bilər.

 

24saat.org Türkiyə mediasına istinadən xəbər verir ki, artıq bununla bağlı fikirlər səslənməkdədir.  Artıq Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da buna münasibət bildirib.

Onun sözlərinə görə, xalqın tələbinin qiymətləndirilməsi hər bir demokratik ölkənin haqqıdır.

Qeyd edək ki, bundan öncə Türkiyənin Baş naziri Binali Yıldırım qiyamçılar barəsində ölüm hökmünün veriləcəyi istisna etməyib.

Onun sözlərinə görə, hakim partiya xalqın dövlət çevrilişinə qalxanlara ölüm hökmü verilməsi tələbinə anlaşıqlıqla yanaşır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.