Now Reading:
Əliyev rüşvətdən danışdı: “Belə biabırçılıq olar?”
Full Article 1 minutes read


Hakimiyyət xarici turistlərdən pul alan rüşvətxorları ciddi şəkildə cəzalandıracaq, bu barədə dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında bildirib.

Əcnəbilərə viza verilməsi məsələsində ciddi pozuntular olub. Arroportlarda turistlərin əziyyəti artırılıb, əsassız olaraq pul tələb edilib. Bu pozuntuları, bu cinayətləri törədənlər cinayət məsuliyyətinə cəlb olunublar, deyə Əliyev bildirib.

Aeroportlarda yeni sistem yaradılır, bu sistem gələn aydan etibarən tətbiq ediləcək. Bütün sərhəd-buraxılış məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılacaq ki, növbə olmasın, pul tələb etməsinlər.

Mən müvafiq qurumlara ciddi xəbərdarlıq etmişəm. Təhlükəsizlik məsələləri sərhədlərdə növbələrə səbəb olmamalıdır.

Hüquq-mühafizə orqanlarının işçiləri guya təhlükəsizliyi təmin etmək üçün əsassız olaraq otellərin işinə müdaxilə edirlər. Amma bunun arxasında pul qoparmaq istəyi gizlənir və buna son qoyulmalıdır, deyə Əliyev sözünə davam edib.

Xarici həmkarlarımdan biri mənə deyib ki, Azərbaycana gələn əcnəbilərdən fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkli?! Xaricə gedən adam özü ilə fotoşəkil aparır?! Fotoşəkil yoxdursa, pul ver. Belə bir biabırçılığa necə yol vermək olar?, – deyə dövlət başçısı bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: