Now Reading:
Əliyev: ‘Demokratik inkişafla bağlı yeni addımlar atılacaq’
Full Article 50 second read


«…Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı. Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı».

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayındakı çıxışında belə deyib.

Prezident həmin illərdə YAP-çıların Bakıda toplanmasına imkan verilmədiyini bildirib.

Bakıda YAP-a qurultay keçirməyə imkan verilməməsi…
«Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar, vətənpərvər insanlar Naxçıvana gəldi və Heydər Əliyevin sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat verildi», – deyən İ.Əliyev vurğulayıb ki, ondan bir neçə ay sonra xalqın tələbi ilə H.Əliyev hakimiyyətə gəlib, ölkə məhz həmin vaxt inkişaf yoluna qədəm qoyub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.