Əli Həsənov Hüseynqulu Bağırovla ortaq olub?


24saat.org saytı xəbər verir ki, bu günlərdə Azərbaycanda əsası 1991-ci ildə qoyulmuş Qərb Universitetinin adı dəyişdirilib.

Universitetinin saytında və rəsmi facebook səhifəsində 15 Oktyabrdan sonra universitetin adı “Qərbi Kaspi Universiteti” kimi göstərilir.

Son günlərədək “Qərb Universiteti” kimi tanınan müəssisənin sahibinin Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov olduğu iddia olunurdu.

Məlumat üçün bildirək ki, Azərbaycanda “Kaspi” brendi altında fəaliyyət göstərən təhsil müəssisələrinin Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənova məxsusolduğu və bu sahəyə onun həyat yoldaşı Sona Həsənova rəhbərlik etdiyi sirr deyil.

Hazırda “Qərb Universiteti”nin adına “Kaspi” sözünün əlavə olunması məhz bu səbəbdən maraqlı görünür.

Ehtimal olunur ki, ya “Qərb Universiteti” Hüseynqulu Bağırovun nəzarətindən çıxaraq Əli Həsənovun biznes imperiyasının bir hissəsinə çevrilib, ya da məmurlar ortaq olub.

Yazı saytımızda yayımlandıqdan sonra Qərb Universiteti adından saytımızın elektron poçtuna açıqlama yazısı daxil olub. Həmin yazını aşağıdakı linkdən oxuya bilərsiniz:
Qərb Universiteti ad dəyişikliyini belə izah etdi
24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Qərb Universiteti ad dəyişikliyini belə izah etdi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: