Now Reading:
Əli Əhmədov seçkilərə qədər vəzifəsindən getdi
Full Article 30 second read

Əli Əhmədov seçkilərə qədər vəzifəsindən getdi



Baş nazirinin müavini Əli Əhmədov seçkilərlə əlaqədar 2 aylıq məzuniyyətə çıxıb.

24saat.org YAP-ın saytına istinadən xəbər verir ki, buna səbəb onun 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndəsi təyin edilməsidir.

Əli Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər etibarən baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.

Qeyd edək ki, Ə.Əhmədov Yeni Azərbaycan Partiyası sədrinin müavini və icra katibidir.

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.