Now Reading:
Əli Əhmədov Sarkisyanın Qarabağa səfərini şərh etdi
Full Article 40 second read

Ermənistan prezidenti Armen Sarkisyanın ötən gün Azərbaycanın işğal altında olan ərazilərinə səfəri qanunsuzdur və bu qanunsuzluğa görə məhz o, məsuliyyət daşıyır.



Oxu.Az məlumat verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu məsələ ATƏT-in Minsk qrupunu, eyni zamanda, Azərbaycan torpaqlarının geri qaytarılması üçün səy göstərən, bəyanatlar verən bütün dövlətləri narahat etməlidir:

“Əks halda, münaqişənin həll olunması üçün yol tapmaq çətin olacaq”.

Baş nazirin müavini qeyd edib ki, vaxt gələcək, bu qanunsuzluğu törədənlər cavab verməli olacaqlar.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfərinin təxribat məqsədi daşıdığını və vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyini bildirib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.