Now Reading:
“Əl Qaidə” rəhbəri “Taliban” liderinə sədaqət andı içdi
Full Article 30 second read

“Əl Qaidə” rəhbəri “Taliban” liderinə sədaqət andı içdi



“Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zavahri “Taliban” hərəkatının ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin sələfini aradan qaldırmasından sonra təyin edilən yeni liderinə sədaqət andı içib.

Virtualaz.org xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Əl-Qaidə” təşkilatının lideri bildirib ki, Üsəma Bin Ladenin müsəlmanların birləşməsi uğrunda apardığı mübarizəni davam etdirəcək.

Agentliyin məlumatına görə, səs yazısı yayılmış bəyanatın həqiqiliyi hələ təsdiqlənməyib.

Qeyd edək ki, mayın 21-də Pakistanın müstəqilliyinin pozulması və Əfqanıstanda sülh prosesinə mane olduğuna görə ABŞ-ın pilotsuz uçuş aparatının zərbəsi nəticəsində məhv edilən “Taliban” lideri Əhtar Mansuru Muləvi Heybətulla Axundzadə əvəz edib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.