Now Reading:
“Əgər ehtiyac görmürsünüzsə, ümumiyyətlə çıxış etməyim” – komitə sədri ilə spiker arasında narazılıq
Full Article 50 second read


Milli Məclisdə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ilə spiker Oqtay Əsədov arasında narazılıq yaranıb. 24saat.org xəbər verir ki, buna ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsni təqdim etməsindən sonra O.Əsədovun komitə sədrinə söz verməməsi səbəb olub.
Belə ki, çıxışçılar siyahısına sual vermək üçün yazılan Arif Rəhimzadəyə söz verən spiker onun iradı ilə qarşılaşıb. A.Rəhimzadə deyib ki, Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsi Regional məsələlər komitəsinə aid olan məsələ olduğu üçün komitə sədri kimi ilk ona söz verilməli idi. “Bu məsələ bizim komitədə müzakirə edildiyi üçün mən müzakirələrlə bağlı məlumat verməli idim. Əgər ehtiyac görmürsünüzsə, ümumiyyətlə çıxış etməyim. Heç bir sualım yoxdur, sadəcə bunu demək istəyirdim”.

Spiker Oqtay Əsədov ona cavab olaraq bildirib ki, irad bildirməyə ehtiyac yoxdur və komitə sədri kimi istədiy vaxt müzakirələrdə iştirak edə bilər: “Nə vaxt istəyirdinizsə, deyib çıxış edə bilərsiniz”.

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.