Now Reading:
“Əgər Azərbaycan İran qarşısında Ermənistanla bağlı xüsusi şərt qoymayıbsa…”
Full Article 50 second read

“Əgər Azərbaycan İran qarşısında Ermənistanla bağlı xüsusi şərt qoymayıbsa…”



“Necə ki, Azərbaycan İranın düşmənləri ilə əlaqə saxlayır, İran da Azərbaycanın düşməni ilə əlaqə saxlaya bilər”
Məlum olduğu kimi, ermənilər Azərbaycanın işğal edilmiş ərazilərindəki maddi-mədəniyyət abidələrində qazıntı işləri həyata keçirir ki, bu prosesdə İranın bir neçə şirkəti də yaxından iştirak edir. Hansı ki, artıq Azərbaycan XİN-i tərəfindən İran səfirliyinə bununla bağlı rəsmi Bakının narahatlığı çatdırılıb.

Maraqlıdır, İranın Azərbaycanın tarixi abidələrində bu abidələri özününküləşdirmək məqsədi ilə qazıntı işi aparan Ermənistana dəstək verməsi rəsmi Tehranın ölkəmiz düşmən münasibətinin göstəricisi hesab edilə bilərmi?

Moderator.az – a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Hesab edirəm ki, bu addımı sırf düşmənçilik kimi qiymətləndirmək elə də doğru olmaz. Azərbaycanın İranla müəyyən qarşılıqlı müqavilələri var. İranla bağlanan müqavilələrdə Ermənistanla İranın əlaqələri xüsusi bir şərt kimi qoyulmayıbsa, o zaman bunu məxsusi düşmənçilik kimi dəyərləndirə bilmərik. Necə ki, Azərbaycan İranın düşmənləri ilə əlaqə saxlayır, İran da Azərbaycanın düşməni ilə əlaqə saxlaya bilər”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: