Now Reading:
Əfqanıstanda 83 Taliban döyüşçüsünün öldürüldüyü xəbər verilir
Full Article 50 second read


Əfqanıstanın təhlükəsizlik rəsmilərinin verdiyi xəbərə görə yanvarın 31-də ölkənin cənubundakı Qəndəhar vilayətində kəşfiyyat qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində 83 Taliban döyüşçüsü öldürülüb.

Meyvənd rayonunda aparılan əməliyyatın komandanı Sultan Məhəmməd fevralın 1-də AzadlıqRadiosuna deyib ki, əməliyyatın gedişində həm də onlarca hərbi texnika məhv edilib.

O əlavə edib ki, bu əməliyyatı hərbi avisasiya hava zərbələri ilə dəstəkləyirdi.

Sultan Məhəmməd bildirib ki, qiyamçılar Pəncvay və Meyvənd rayonlarında Əfqanıstan silahlı qüvvələrinə əlaqələndirilmiş zərbə endirməyi planlaşdırırdılar.

Məhəmməd əfqan hökumət qüvvələrinin itkiləri barədə məlumat verməyib.

Bu arada başqa bir əfqan rəsmi bildirib ki, yanvarın 30-da ABŞ dronlarının bir binaya zərbəsi nəticəsində 26 ekstremistöldürülüb və daha 22-si yaralanıb. Qəzni vilayətindəki bu binada Talibanın yığıncağı keçirilməli idi.

Əyalət rəsmilərindən Arif Nuri bildirib ki, bu hücum nəticəsində Qəznidəki Talibana komandirlik edən Ağani adlı döyüşçü də öldürülüb.

Taliban bu məlumatlar barədə heç bir şərh verməyib.

Son həftələr ərzində Əfqanıstan paytaxtı bir neçə ölümcül terror hücumuna məruz qalıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.