Now Reading:
Əfqanıstanda 15 İŞİD silahlısı öldürüldü
Full Article 40 second read


Əfqanıstanda İŞİD qruplaşmasının azı 15 silahlısı məhv edilib.

Virtualaz.org-un məlumatına görə, bu barədə TOLO News telekanalı yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.

Bildirilir ki, atışma ölkənin şərqindəki Kunar vilayətində baş verib. Silahlılar təhlükəsizlik postlarına bazar günü axşam hücum ediblər. Döyüşdə, həmçinin 3 polis əməkdaşı həlak olub, 13-ü yaralanıb. Güc strukturları ilə toqquşma zamanı daha 20 silahlının yaralandığı və atışmanın hələ də davam etdiyi bildirilir.

Xatırladaq ki, son vaxtlar Əfqanıstanda vəziyyət xeyli pisləşib. Bəzi kənd rayonlarında üstünlüyə yiyələnən “Taliban” hərəkatının döyüşçüləri böyük şəhərlər istiqamətində hücumlara başlayıb. Ölkə ərazisində İŞİD terror qruplaşması da aktiv fəaliyyət göstərir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.